
Məlumata görə, Arzu Səmədbəyli məktubla Şahnaz Qulaminin hüquqlarının müdafiə komitəsinə müraciət edərək, jurnalistin azadlığa buraxılması istiqamətində hər cür yardım etməyə hazır olduğunu bildirib.
Müsavat deputat qrupunun üzvü, millət vəkili Arzu Səmədbəyli İranda həbs edilmiş jurnalist Şahnaz Qulaminin hüquqlarının müdafəisi ilə bağlı yaradılan təşkilata üzv olub.
Bu barədə RİA-ya İrandakı Milli fəallardan məlumat verilib. Məlumata görə, Arzu Səmədbəyli məktubla Şahnaz Qulaminin hüquqlarının müdafiə komitəsinə müraciət edərək, jurnalistin azadlığa buraxılması istiqamətində hər cür yardım etməyə hazır olduğunu bildirib.
Arzu Səmədbəyli RİA-nın reportyoru ilə söhbətində məlumatı təsdiq edib. O qeyd edib ki, Güney Azərbaycanda hüquqları tapdanan soydaşlarımızın müdfiəsi uğruqnda hər kəs mübarizə aparmalıdır.ria